Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

YENİLİKLƏR

19.08.2010 - Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) və Alkon şirkəti Sloveniyanın paytaxtı Lyublyanada Universitetin Oftalmologiya Xəstəxanasında göz həkimlərini oftalmologiya subixtisasları üzrə kursda iştırak etməyə dəvət edir.»

09.06.2010 - Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təşkilatçılığı ilə 5-9 iyun 2010-cu il tarixlərində Berlində keçirilmiş Dünya Oftalmologiya Konqresi beynəlxalq oftalmologiyada ən möhtəşəm hadisə kimi yaddaşlara həkk olundu. »

31.05.2010 - Avropa Oftalmologiya Cəmiyyəti (European Ophthalmological Society -SOE) hər il Şərqi Avropa ölkələrinin gənc oftalmoloqlarına Qərbi Avropa ölkələrinin aparıcı oftalmoloji mərkəzlərində təcrübə keçmək imkanı yaradır.»

28.04.2010 - Bu gün Bakıda Akademik Zərifə Əliyevanın anadan olmasının 87 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi. Milli Oftalmologiya Mərkəzinin konfrans zalında həyata keçirilən tədbir Azərbaycan Respublikasının Səhiyyə Naziri Prof. Oqtay Şirəliyevin giriş sözü ilə başladı. »

03.04.2010 - 2010-cu il 31mart-1 aprel tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Oftalmologiya Şurasının təşkilatçılığı ilə Ofatlmoloji Təhsil üzrə Proqram Rəhbərləri üçün Kurs keçirildi. »

14.03.2010 - Dünyada 67 milyon insan qlaukomadan əziyyət çəkdiyindən bu patologiya dünya oftalmologiyasının ümdə məsələsidir.Dünya əhalisi yaşa dolduqca qlaukomanın xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha geniş vüsət alması gözlənilir. Ancaq qlaukoma dünyanın müxtəlif xalqlarında və müxtəlif ərazilərində fərqli olduğundan lokal və spesifik yanaşma tələb edir. »

19.02.2010 - Dr. Bradley Straatsma və Beynəlxalq Oftalmologiya Şurası Fondu inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlar üçün yeni “Helmeriç Fellowship” proqramının yaradıldığını elan etdi. Proqram Tor qişa Tədqiqat Fondu (Retina Research Foundation) tərəfindən maliyyələşdiriləcək.»

23.11.2009 - 2010-cu ildə Azərbaycan oftalmoloqlarına Beynəlxalq Nəzəri və Klinik Biliklərin Qiymətləndirilməsi üzrə imtahanda iştirak etmək fürsəti verilir. Artiq imtahanda iştirak etmək istəyən oftalmoloqlarımız bunun üçün qonşu ölkələrə getmədən, məhz öz vətənimizdə imtahanda iştirak edə bilərlər.»

09.11.2009 - Beynəlxalq Strabizmologiya Assosiasiyasının toplantıları dörd ildən bir keçirilir və mən güman edirəm ki, 2010-cu il Avropanın Mədəniyyət Paytaxtı olacaq İstanbul, keçiriləcək toplantı üçün ideal bir məkandır.»

08.10.2009 - Dünya Görmə Günü hər il Beynəlxalq Korluqla Mübarizə Agentliyinin əməkdaşlığı ilə “Görmə - 2020” təşəbbüsü çərçivəsində dünya ictimaiyyətinin diqqətini korluq və görmə qüsurlarından əziyyət çəkən şəxslərin probleminə cəlb etmək məqsədi ilə həyata keçirilir. Bu il Dünya Görmə Günü oktyabr ayının 8-də qeyd ediləcək.»

26.09.2009 - 2000-ci ildən indiyədək Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) dünyanın müxtəlif ölkələrində çalışan 350, Azərbaycandan isə 3 oftalmoloqa Beynəlxalq Fellowship proqramında iştirak etmək üçün imkan yaradıb. Fellowship proqramında iştirak etmək üçün son tarix 2009-cu il oktyabr ayının...»

07.09.2009 - 2010- cu ildə Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) təşkilatçılığı ilə Berlində keçiriləcək XXXII Dünya Oftalmologiya Konqresinin beynəlxalq oftalmologiyada ən möhtəşəm hadisə kimi yaddaşlara həkk olunacağı gözlənilir. »

30.08.2009 - bəzi ənənəvi təhsil (hazırda “üzbəüz” adlandırılır) üzrə pedaqoqların E-təhsilə qarşı çıxdığı, hətta onun qanuniliyini müzakirə etməyə cəhd etdikləri zaman, E-təhsili dəstəkləyən bir sıra dəlillər meydana çıxdı. Beləki, son zamanlar həyata keçirilən bir sıra tədqiqatlar on-line E-təhsilin bir çox hallarda “üzbəüz” təhsildən daha effektiv olduğunu sübut etdi...»

17.08.2009 - Hazırki dövrə qədər oftalmologiya üzrə rezidentlər üçün xüsusi tədqiqat proqramı mövcud deyil və yaxud mövcud proqramlar dünyanın müxtəlif ölkələrində bir-birindən fərqlənir. Baxmayaraq ki, inkişaf etməkdə olan ölkələrdə tədqiqatlar böyük fayda gətirə bilər, təəssüflə qeyd etmək lazımdır ki..»

27.07.2009 - Qürurla qeyd etmək istərdik ki, ana dilimizə tərcümə olunmuş material ingilis,fransız, ispan və çin dillərində olan materiallarla yanaşı Beynəlxalq Oftalmologiya Şurasının saytında yerləşdirilmişdir.»

30.05.2009 - 2009-cu il may ayının 21-də Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Ali Məclisində qarşısı alına biləcək korluq və görmə qüsurları ilə mübarizə üzrə Fəaliyyət Planı təsdiq edildi. Fəaliyyət planı ÜST-ün regional ofisləri, üzv ölkələr və beynəlxalq təşkilatların dəstəyi ilə üç il müddətində hazırlanmışdır. Onun əsas məqsədi bütün dünyada korluqla mübarizəyə göstərilən dəstəyin artırılmasından ibarətdir.»

20.05.2009 - Avropa Pediatrik Oftalmoloqlar Cəmiyyəti (APOC) yaşı 35-dən az olan oftalmoloqlara səyahət qrantları təklif edir.»

12.05.2009 - Yaxın Şərq və Afrika Oftalmologiya Şurası 2009-cu ildə Bəhreyndə keçirilən illik toplantısında Yaxın Şərq və Afrika Oftalmologiya Jurnalının təsis olunmasını elan etdi. Jurnal təşkilatın rəsmi nəşri olmaqla regionun 63 ölkəsini təmsil edir. »

11.04.2009 - Amerika Oftalmologiya Akademiyası (AOA) ilə Müasir Oftalmologiyanın İnkişafına YardımBirliyinin (MOİYB) əməkdaşlığı nəticəsində Akademiya tərəfindən hazırlanmış Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsindən (O.T.Y.) oftalmoloqlarımızın ödənişsiz istifadəsini təmin etmək imkanına malik olmağımızdan çox məmnunuq. Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsi oftalmologiya sahəsində əvəzolunmaz resurs olub, zəngin elmi materiallardan ibarətdir.»

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved