Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

Oftalmo-tədqiqat

Hal-hazırda dünyada oftalmologiya və görmə sahəsində tədqiqatları dəstəkləyən üç böyük təşkilat fəaliyyət göstərir.

Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyası
Association for Research in Vision and Ophthalmology(ARVO)

Avropa Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosasiyası
European Association for Vision and Eye Research-EVER

Beynəlxalq Oftalmologiya üzrə Tədqiqat Cəmiyyəti
International Society for Eye Research

Bu təşkilatlar arasında ən çox üzvü olan və baş ofisi ABŞ-da yerləşən Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyasıdır (ARVO). Bu təşkilatlar oftalmogiyanın bütün sahələri, həmçinin görmənin biologiyasını, biokimyasını və digər xüsusiyyətləri üzrə həyata keçirilən müxtəlif tədqiqatları dəstəkləyirlər. Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosiasiyası (ARVO) gənc oftalmoloqlara oftalmologiya və görmə sahəsində tədqiqatların həyata keçirilməsi üzrə müxtəlif qrantlar ayırır. ARVO səyahət qrantı proqramının əsas məqsədi oftalmologiya və ya görmə sahəsində əhəmiyyət kəsb edən tədqiqatlarla məşğul olan və öz tədqiqatlarının nəticələrini ARVO-nun illik toplantısında təqdim etmək üçün seçilmiş  tədqiqatçıların səhayət haqqını hissəvi ödəməkdən ibarətdir. Bu proqram həmçinin tədqiqatçılara öz araşdırmalarının nəticələrini həmin sahə üzrə mütəxəssislərlə müzakirə etmək üçün əvəzolunmaz imkan yaratmış olur.

Oftalmoloji tədqiqat Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) tərəfindən də geniş dəstəklənir. Beləki, 2002-ci ildə BOŞ tərəfindən qəbul edilmiş “Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi” adlı sənəd hazırlandı. Sənəd katarakta, traxoma, onxosersiaz, kseroftalmiya, qlaukoma, yaşla əlaqədar makulyar degenerasiya, diabetik retinopatiya, uşaq korluğu və refraksiya qüsurları barədə tədqiqat üzrə tövsiyyələrdən ibarət plandan ibarətdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) tərəfindən hazırlanmış “Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi”ni (Research Agenda for Global Blindness Prevention) 2003-cü ildə təsdiq edərək , “Qlobal Oftalmoloji Tədqiqatın İmkanları” (Opportunities in Global Eye Research) adlı məruzə hazırladı.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanmış məruzədə bir sıra tövsiyyələr yer almışdır:

  • BOŞ tərəfindən hazırlanmış tədqiqat planı inkişaf etməkdə olan ölkələrdə təsadüf edilən vacib və ya təxirəsalınmaz vəziyyətlər (refraksiya qüsurları və diabetlə əlaqədar göz xəstəlikləri) daxil olmaqla qəbul edilsin.
  • Görmə qüsurları və korluğun yayılmasını və səbəblərini araşdırmaq məqsədi ilə  oftalmo-epidemiologiya və cərrahiyyə sahəsində həyata keçirilən tədqiqatların davam etdirilməsi təmin edilsin.

“Qlobal Korluqla Mübarizə üzrə Tədqiqat Gündəliyi” (Research Agenda for Global Blindness Prevention) və “Qlobal Oftalmoloji Tədqiqatın İmkanları” (Opportunities in Global Eye Research) hazırda yalnız ingilis dilindədirlər və azərbaycan dilinə tərcümə ediləcəklər.


Oftalmologiya sahəsində tədqiqatlar üzrə kurslar

Avropa Görmə və Oftalmologiya üzrə Tədqiqat Assosasiyası – kurslarının siyahısı.

Oftalmoloqlar üçün Epidemiologiya və Statistika

2009 ARVO/Fayzer Tədqiqat Fellowship proqramı

1 illik 10,000$ ABŞ Dolları həcmində qrant.Ərizələrin qəbulunun son tarixi Oktyabr ayının 1-dir.

ABŞ Milli Göz İnstitutunun tədqiqatlar üzrə resurslarının siyahısı

Oftalmoloqlar üçün Klinik Tədqiqatın Əsasları üzrə Vəsait

Nəzəri və klinik tədqiqatsız göz xəstəliklərinin müalicəsi və korluğun qarşısının alınması qeyri mümkündür. İnkişaf etməkdə olan ölkələrdə bunlarla yanaşı epidemioloji və operativ tədqiqatlar da xüsusi əhəmiyyətə malikdir.

Hazırki dövrə qədər oftalmologiya üzrə rezidentlər üçün xüsusi tədqiqat proqramı mövcud deyil və yaxud mövcud proqramlar dünyanın müxtəlif ölkələrində bir-birindən fərqlənir. Baxmayaraq ki, inkişaf etməkdə olan ölkələrdə tədqiqatlar böyük fayda gətirə bilər, təəssüflə qeyd etmək lazımdır ki, bu ölkələrdə çalışan əksər oftalmoloqların tədqiqat aparmaq üzrə demək olar ki, təcrübəsi yoxdur.

Beynəlxalq Oftalmologiya Şurasının (BOŞ) Tədqiqat Komitəsi tədqiqatların aparılması üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən oftalmoloqlara yardım etmək niyyətindədir.

Bu məqsədlə BOŞ Tədqiqat Komitəsinin Direktoru Alfred Sommer tərəfindən oftalmologiya üzrə tədqiqatlara başlamaq arzusu olan oftalmoloqlara “Oftalmoloqlar üçün Klinik Tədqiqatın Əsasları” adlı vəsait hazırlayıb. Vəsait klinik tədqiqatların aparılması üzrə tövsiyyələrdən ibarətdir.

Dr. Sommerin sözlərinə əsasən, “vəsait – nəzəri epidemiologiya, statistikanın  prinsipləri və klinik tədqiqatın əsasını təşkil edən metodlarla maraqlananlar üçün nəzərdə tutulub”. Vəsait tədqiqatların aparılması üzrə xüsusi hazırlıq keçməyən şəxslər üçün faydalı olacaq.

BOŞ Tədqiqat Komitəsinin əsas məqsədi xüsusi ilə inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara münasib klinik və epidemioloji tədqiqatların həyata keçirilməsi üçün əsas bacarıqların əldə olunmasına yönəlib.

“Oftalmoloqlar üçün Klinik Tədqiqatın Əsasları”  (ingilis dilində)

 

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved