Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

GÖRMƏNİN QORUNMASI

Korluq və görmə qüsurları barədə qlobal faktlar

ÜST-ün tədqiqatlarına əsasən,

  • Təqribən 314 milyon insan ciddi görmə qüsurlarından əziyyət çəkir. 
  • Bunlardan 45 milyon insan kor, 269 milyon insan isə zəif görmə problemi ilə üzləşib.
  • Həmçinin 145 milyon insan korreksiya olunmamış refraksiya qüsurlarından (miopiya, hipermetropiya, astiqmatizm) əziyyət çəkir. Əksər hallarda normal görmə eynəklərin və ya, kontakt linzaların köməyi ilə əldə edilə bilər.
  • Mövcud korluğun 80%-i qarşısı alına və ya müalicə oluna bilər.
  • Korların 90%-i aşağı gəlirli ölkələrdə yaşayırlar.
  • Görmənin qorunması və korluğun qarşısının alınması səhiyyə sahəsində iqtisadi effektiv tədbirlərdəndir.
  • İctimai və iqtisadi inkişafla əlaqədar olaraq infeksion amillərin təsirindən yaranan korluğun sayı azalıb. Beləki, 1985-ci ildə dünyada traxomadan 360 milyon insan əziyyət çəkirdisə, hal-hazırda bu göstərici 80 milyondur.
  • Dünya əhalisinin qocalması və həyat tərzinin dəyişməsi ilə ilə əlaqədar olaraq diabetik retinopatiya kimi xroniki korluğa səbəb olan xəstəliklərin sayı artıb.
  • Qadınlar kişilərlə müqayisədə görmə qüsurlarından daha çox əziyyət çəkirlər.
  • Effektiv tədbirlər həyata keçirilməzsə, 2020-ci ildə dünyada korlayın sayı artaraq 76 milyona çatacaq.

Qeyd olunanları nəzərə alaraq 1999-cu ildə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Korluqla Mübarizə Agentliyi (BKMA) birgə 2020-ci ilə qədər korluqla mübarizəni həyata keçirmək üçün “Vision 2020:Right to Sight – Görmə 2020:Görmə Hüququ” adlı təşəbbüsün əsasını qoydular. “Görmə-2020” təşəbbüsünün əsas məqsədi hökümət və qeyri hökümət təşkilatlarının əməkdaşlığı ilə 2020-ci ilə qədər qarşısı alına biləcək korluqla mübarizədir.Bu məqsədə çatmaq üçün 3 əsas amil- xəstəliklərin kontrolu, insan resurslarının və infrastrukturun inkişafı həyata keçirilməlidir.

Əgər  korluğa səbəb olan xəstəlikləri mümkün metodların köməyi ilə müalicə etmək, və ya profilaktik tədbirlərin vasitəsi ilə qarşısını almaq mümkün olarsa, o zaman  bu patologiyaları qarşısı alına bilən korluq qrupuna aid edirlər. “Görmə 2020” təşəbbüsü çərçivəsində görmə qüsurları şəklində təzahür edən və qarşısı alına bilən korluğa səbəb xəstəliklərə aşağıdakılar aiddir:

  • Katarakta
  • Traxoma
  • Onxosersiaz (çay korluğu)
  • Uşaq korluğu
  • Refraksiya qüsurları
  • Zəif görmə
  • Qlaukoma
  • Diabetik retinopatiya
  • Yaşla Əlaqədar Makulyar Degenerasiya

ÜST-ün hesablamalarına əsasən əgər 2020-ci ilə qədər heç bir tədbir görülməzsə, görmə qüsurları və korluqdan əziyyət çəkənlərin sayı 2 dəfə artacaq.

2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tədqiqatlarının nəticələrini açıqladı. Məlum oldu ki, dünyada ən azı 13 milyon uşaq (5 yaşından 15 yaşadək) və 45 milyon əmək qabiliyyətli şəxs (16 yaşdan 49 yaşadək) korreksiya olunmamış refraksiya qüsurlarından əziyyət çəkir.

Korreksiya olunmamış refraksiya qüsurlarından əziyyət çəkənlərin 90%-i aşağı və orta gəlirli ölkələrdə yaşayırlar.

Görmə qüsurları və korluğun iqtisadi zərəri

Görmə qüsurlarının vura biləcəyi iqtisadi zərər və qarşısı alına biləcək korluqla mübarizə nəticəsində əldə olunan iqtisadi fayda barədə məlumatların yayılması bu problemlərlə dövlət səviyyəsində məşğul olmağa sövq edir.

İqtisadi faktlarla əlaqədar daha ətraflı məlumatı “Korluq, Kasıblıq və İnkişaf: Görmə 2020 təşəbbüsünün BMT-nin Minnilliyin İnkişafı Proqramına  təsiri” (sənəd ingilis dilindədir “Blindness, Poverty and Development: The Impact of VISION 2020 on the U.N. Millenium Development Goals”) bukletində tanış ola bilərsiniz.
Korluqla əlaqədar bəzi iqtisadi faktlar:

  • Hindistanda 1997-ci ildə  korluq ölkə iqtisadiyyatına 4.4 milyon ABŞ Dolları həcmində ziyan vurub. 
  • Tədqiqatlara əsasən əgər Hindistan kataraktanın cərrahiyyəsi üçün 15 milyard dollar maliyyə qoyarsa, o zaman milli gəlir hər il 1.1 milyard ABŞ Dollara qənaət etmiş olar 
  • Əgər “Görmə-2020” təşəbbüsü uğurla baş tutarsa, 2020-ci ildə korların sayı 75 milyon deyil, 24 milyon olması gözlənilir
  • Əgər “Görmə-2020” təşəbbüsü uğurla baş tutarsa, 20 il ərzində 223 milyard ABŞ Dollarına qənaət edlimiş olacaq

Ümumdünya Səhiyyə Təşkilatının Ali Toplantısının korluğun qarşısının alınması üçün maliyyə dəstəyinin artırılması üzrə çağırışı.

Ümumdünya Səhiyyə Təşkilatının 27 may 2006-cı il tarixdə keçirilən Ali Toplantısında ölkələri və Ümumdünya Səhiyyə Təşkilatını qlobal təşəbbüs olan “Görmə-2020”-ni  dəstəkləməyə çağıran 59-25 saylı bəyənnamə qəbul edildi. Bəyənnamənın əsas məqsədi görmə qüsurları, xüsusi ilə də qarşısı alına biləcək korluqla mübarizədə maliyyə dəstəyinin artırılması idi.

Cenevrədə ÜST-ün Ali Toplantısında qəbul edilmiş 59-25 saylı bəyənnamə  üzv ölkələr qarşısında aşağıdakı tələbləri qoyur:

  • Milli “Görmə-2020” təşəbbüs planını tərtib etməli;
  • “Görmə-2020” təşəbbüsünü dəstəkləməli;
  • korluqla mübarizəni milli inkişaf planın məqsədlərinə daxil etməli;
  • korluqla mübarizəni ilkin tibbi xidmətə daxil etməli;
  • təşəbbüs naminə ictimai və şəxsi əməkdaşlığı dəstəkləməli;
  • oftalmoloji xiddməti təkmilləşdirməli, ofatlmologiya sahəsində çalışan tibb işçilərinin bilik və bacarıqlarını artırmalı; 
  • Zəruri oftalmoloji dərman vasitələrinin və avadanlığın istifadəsini təmin etməli.

59-25 saylı bəyannamə ÜST qarşısında aşağıdakı tələbləri qoyur:

  • görmə qüsurları və qarşısı alına bilən korluqla mübarizəni prioritet məsələ kimi qəbul etməli;
  • xüsusi ilə oftalmoloji personalın bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə üzv ölkələrin tələbatını təmin etməli;
  • regional və beynəlxalq əməkdaşlığı gücləndirməli;
  • “Görmə-2020” təşəbbüsünün gedişini izləməli və hər 3 ildən bir məruzə etməli.

ÜST-ün İcraçı Şurası tərəfindən bəyənnaməyə bir sıra düzəlişlər edilərək ÜST qarşısında aşağıdakı məsələlər qoyuldu:

  • korluqla mübarizə ÜST-ün XI Ümumi İşinin Proqramına daxil edilsin; 
  • korluqla mübarizə tədbirləri ÜST-ün 2008-2013-cü illəri əhatə edən strateji planına əlavə edilsin və 2008-2009-cu illər üçün münasib büdcə proqramı təklif edilsin.

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved