Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

Akademik Zərifə Əliyevanın anadan olmasının 87 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans

28-29 aprel 2010-cu il tarixlərində Bakıda Akademik Zərifə Əliyevanın anadan olmasının 87 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçirildi. Milli Oftalmologiya Mərkəzinin konfrans zalında həyata keçirilən tədbir Azərbaycan Respublikasının Səhiyyə Naziri Prof. Oqtay Şirəliyevin giriş sözü ilə başladı.

  

Daha sonra konfrans Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru t.e.d., professor Elmar Qasımovun çıxışı ilə davam etdirildi. O, çıxışında Akademik Z. Əliyevanın həyat və fəaliyyəti barədə konfrans iştirakçılarına qısa məlumat verdi.

Konfrans iştirakçılarının diqqətini Türk Respublikaları Oftalmologiya Cəmiyyətinin sədri Dr. Sunay Dumanın çıxışı xüsusi ilə cəlb etdi. Rəngarəng slaydlar və maraqlı faktlarla zəngin olan təqdimatında Dr. Duman Azərbaycan oftalmologiyasının 1992-2010-cu illərdə keçdiyi tarixi yol, Azərbaycan Tibb Universitetinin Oftalmologiya Kafedrası, Milli Oftalmologiya Mərkəzi və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin fəaliyyətləri barədə məlumat verdi. “Div addımlarla addımlayan Azərbaycan oftalmologiyası” adlı təqdimatında o, həmçinin Heydər Əliyev Fondunun göz xəstəliklərindən əziyyət çəkən şəxslərlə əlaqədar layihələri və Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası barədə də məlumat verdi.

Konfransın rəsmi hissəsi Rusiyadan olan Akademik A.F. Brovkina və L.K. Moşetovanın çıxışları ilə davam etdi.

Konfransın rəsmi hissəsindən sonra elmi hissəyə başlanğıc verilərək, Türkiyə, Rusiya, Ukrayna, Kazaxstan və s. ölkələrdən gəlmiş məruzəçilərin məruzəsi ilə davam etdirildi.

Konfransın sərgi salonunda Alkon, World Medicine, Santen, Biomed, Riadfarma və s. şirkətlər öz məhsullarını nümayiş etdirdilər.

Konfransla eyni vaxtda Türkiyədən olan Dr. Cumhur Senerin tərəfindən “Çəpgözlüyün cərrahi müalicəsi” mövzüsünda oftalmologiyanın bu sahəsinə maraq göstərən həkimlərə mühazirə oxundu.

Konfransın növbəti günü məruzələr dinlənildi və Azərbaycan oftalmologiyası tarixində ilk dəfə olaraq canlı cərrahiyyə həyata keçirildi.

Cərrahi əməliyyatlar Akademik Z. Əliyeva adına MOM-nin müdiri, t.e.d., professor Elmar Qasımov, Akademik S.N. Fyodorov adına “Gözün mikrocərrahiyyəsi” ÇETK-nın Sankt-Peterburq şöbəsinin müdir müavini Professor Taxtayev Yuriy Viktoroviç, İstanbul “Dünya Göz” Xəstəxanasının okuloplastika, buynuz qişa, refraktiv və katarakta cərrahiyyəsi üzrə mütəxəssis Dr. Levent Akçay və Rusiya Dövlət Tibb Universitetinin Oftalmologiya kafedrasının professoru Yeqorov Aleksey Yevgenyeviç tərəfindən həyata keçirildi.

Hörmətlə, Emin Əlihüseynli, MOİYB-nin sədri. 

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved