2010-cu il Beynəlxalq Oftalmologiya Şurasının imtahanları aprel ayının 15-i artıq Azərbaycanda da keçiriləcək Hər il Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) bütün dünyada göz həkimlərinə oftalmologiya sahəsində nəzəri və klinik biliklərini qiymətləndirmək üçün beynəlxalq səviyyəli imtahanda iştirak etmək imkanı yaradır.
Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi 2010-cu ildə Azərbaycan oftalmoloqlarına Beynəlxalq Nəzəri və Klinik Biliklərin Qiymətləndirilməsi üzrə imtahanda iştirak etmək imkanını təqdim edir. Artıq imtahanda iştirak etmək istəyən oftalmoloqlar bunun üçün qonşu ölkələrə getmədən, məhz Azərbaycanda imtahanı verə bilərlər. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulunun son tarixi 2010-cu il yanvar ayının 25-dir.
BOŞ imtahanları dünyada yeganə ixtisas imtahanıdır. İmtahan komissiyası sərbəst fəaliyyət göstərərək, kənar müdaxilədən azaddır.
İmtahandan müvəffəqiyyət əldə etmiş şəxslərə beynəlxalq səviyyədə qəbul edilən xüsusi sertifikat təqdim olunur.
Bu sertifikat, sahibinin oftalmologiya üzrə nəzəri biliklərinin yüksək standartlara malik olduğunun göstəricisidir.
Nəzəri biliklərin qiymətləndirilməsi üzrə imtahan ingilis dili ilə yanaşı türk, rus, fransız, alman və ispan dillərində, klinik biliklərin qiymətləndirilməsi imtahanı isə yalnız ingilis dilində həyata keçirilir.
BOŞ imtahanları və onların qiymətləri barədə əlavə məlumat üçün - tıklayın.
Emin Əlihüseynli,MOİYB-nin sədri və BOŞ imtahanları üzrə koordinator.
|