Uzun illərdir Beynəlxalq Strabizmologiya Assosiasiyasının toplantıları dünyanın müxtəlif ölkələrindən strabizmoloqları və ortoptistləri cəlb etməklə, onlara binokulyar görmə və okulyar hərəkətin müasir aspektləri barədə fikir mübadiləsi aparmaq imkanı yaradır. Beynəlxalq Strabizmologiya Assosiasiyasının toplantıları dörd ildən bir keçirilir və mən güman edirəm ki, 2010-cu il Avropanın Mədəniyyət Paytaxtı olacaq İstanbul, keçiriləcək toplantı üçün ideal bir məkan olacaq.
İstanbul iki qitə üzərində salınmış və 1600 illik dövr ərzində imperiya paytaxtı olan dünyanın yeganə şəhəridir. Şəhər şərqlə qərbin, keçmişlə bu günün xüsusiyyətlərini özündə birləşdirir. Roma, Bizans və Osmanlı imperiyaları dövründən bu günə qədər İstanbul özünün zəngin keçmişi, əvəzolunmaz gözəlliyi və qonaqpərvərliyi ilə hər zaman insanları özünə cəlb edir. Bu gün İstanbul saysız-hesabsız muzeyləri, antik kilsələr, sinaqoqlar, bazillika və məscidləri, həmçinin movzoley, saray, bazar və hamamları ilə dünya mədəniyyətinin qürurudur.
Sizinlə Beynəlxalq Strabizmologiya Assosiasiyasının İstanbulda keçiriləcək və yaddaşlara həkk olunacaq toplantısında görüşmək arzuları ilə.