Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

İnkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara “Helmeriç Fellowship” proqramı.

Dr. Bradley Straatsma və Beynəlxalq Oftalmologiya Şurası Fondu inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlar üçün yeni “Helmeriç Fellowship” proqramının yaradıldığını elan etdi. Proqram Tor qişa Tədqiqat Fondu (Retina Research Foundation) tərəfindən maliyyələşdiriləcək.

Proqramın yaradılmasında məqsəd inkişaf etməkdə olan ölkələrdə çalışan oftalmoloqlara tor qişa xəstəlikləri üzrə ixtisaslarının artırılmasına yardım etməkdən ibarətdir. Proqramda iştirak etmiş oftalmoloqlar əldə etdikləri müasir bilik və bacarıqları ölkələrinə qayıdaraq məsləkdaşları ilə paylaşmalı və təbii ki, xəstələrin müalicəsinə tətbiq etməlidirlər. Hər il 12 aylıq müddətə iki oftalmoloq proqramda iştirak etmək şansı əldə edəcək. Seçilmiş oftalmoloqlara bir illik maaş və aviabiletə sərf etdiyi məbləğ ödəniləcək. Bundan əlavə oftalmoloqu qəbul edən və onun tədrisi ilə məşğul olan mərkəzin də ödənişi həyata keçiriləcək.

Beynəlxalq Oftalmologiya Şurası 2011-ci il üçün ərizələrin qəbulunu elan edib. Əgər “Helmeriç Fellowship” proqramında iştirak etmək istəyirsinizsə, proqramın tələbləri və qaydaları ilə tanış olmaq üçün faylı yükləyə bilərsiniz.

Proqramda iştirak etmək üçün ərizəni və digər sənədlərinizi Beynəlxalq Oftalmologiya Şurasının “Helmeriç Fellowship” Komitəsinə e-mail vasitəsi ilə helmerich@icoph.org ünvanına 2010-cu ilin sentyabr ayının 1-ə qədər göndərməlisiniz. 

Emin Əlihüseynli, MOİYB-nin sədri.

 

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved