Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
 

 

Yenidoğulmuşlarda nazolakrimal kanalın obstruksiyası zamanı nə edirsiniz?
Antibiotik damcılardan istifadə edirəm
Göz yaşı kanalını yuyuram
Göz yaşı yollarını zondlayıram
Göz yaşı kisəsi nahiyyəsinin massajını tövsiyyə edirəm
Uşağın bir yaşı tamam olanadək gözləyirəm
Digər

2011-ci il üçün Şərqi Avropa ölkələrində çalışan gənc oftalmoloqlara Avropa Oftalmologiya Cəmiyyətinin təqdim etdiyi təhsil qrantına ərizə qəbulu başlanıb.

Avropa Oftalmologiya Cəmiyyəti (European Ophthalmological Society -SOE) hər il Şərqi Avropa ölkələrinin gənc oftalmoloqlarına Qərbi Avropa ölkələrinin aparıcı oftalmoloji mərkəzlərində təcrübə keçmək imkanı yaradır.

Qərbi Avropa ölkələrinin aparıcı mərkəzlərində 4-6 həftəlik təcrübə keçmək üçün seçilmiş gənc oftalmoloqlara 1000 avro həcmində qrant verilir. Qrant proqramının məqsədi və mərkəzlərin siyahısı ilə tanış olmaq üçün bizim və ya SOE-nin saytından ətraflı məlumat əldə edə bilərsiniz.

Əgər ingilis dili bilikləriniz Qərbi Avropanın dünya şöhrətli oftalmoloji mərkəzlərindən birində kursda iştirak etmək imkanı verirsə, o zaman yubanmadan on-line ərizə formasını doldurub proqramda iştirak edin.

 
Qrant proqramında iştirak etmək üçün ərizələrin qəbulu oktyabr ayının 30-u bitir.

Komitə ərizə formaları ilə tanış olaraq, proqramda iştirak etmək üçün seçilmiş oftalmoloqları bu ilin noyabr ayında nəticələr barədə məlumatlandıracaq.

Emin Əlihüseynli, MOİYB-nin sədri.

 

Copyright © 2009 Assistance for Development of Modern Ophthalmology Union. All Rights Reserved