Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi
yarandığı gündən yaradıcı potensiala malik kreativ
gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər
zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc
sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.
Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir
oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz
sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman
böyük həvəslə dinləməyə və dəstəkləməyə hazır olduğumuzu bildirirk.
Hörmətlə, Müasir Oftalmologiyanın İnkişafına Yardım
Birliyi.
Maximize
Toolbar
Wiwi Title
Minimize
Toolbar
2 Online
Click here to see who's online and from where
in the world
Click here to watch videos from our YouTube
Channel
Click here to subscribe to our RSS
feed
Click Here to Share
2011-12-28 - 2012-ci il Beynəlxalq Oftalmologiya Şurasının imtahanları aprel ayının 19-u Azərbaycanda keçiriləcək 2012-ci ildə Azərbaycan oftalmoloqlarına Beynəlxalq Nəzəri və Klinik Biliklərin Qiymətləndirilməsi üzrə imtahanda iştirak etmək fürsəti verilir. Artiq imtahanda iştirak etmək istəyən oftalmoloqlarımız bunun üçün qonşu ölkələrə getmədən, məhz öz vətənimizdə imtahanda iştirak edə bilərlər.
2011-10-10 - Türkiyə Oftalmologiya Cəmiyyətinin 45-ci Milli Kongresi. 5-9 oktyabr 2011-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Akapulko hotelində Türkiyə Oftalmologiya Cəmiyyətinin 45-ci Milli Konqresi keçirildi. Konqres ümumilikdə 2000-ə yaxın oftalmoloqun iştirakı ilə baş tutdu.
2011-09-20 - Avropa Oftalmologiya Assosiasiyasının konqresi və Gənc Oftalmoloqumuzun Beynəlxalq Konfransdakı uğuru 11-14 sentyabr 2011-ci il tarixlərində Belçikanın Bruges şəhərində Avropa Oftalmologiya Assosiasiyasının növbəti konqresi keçirildi. Azərbaycanı konqresdə MOİYB-nin Gənc Oftalmoloqlar Komitəsinin üzvü və Briz-L Göz klinikasının oftalmoloqu Dr. Tükəzban Hüseynova təmsil edirdi.